27 iyul 2024. Şənbə

Uşaqlar  arasında həvəskar xizək yarışı keçiriləcək - FOTOLAR


Uşaqlar  arasında həvəskar xizək yarışı keçiriləcək - FOTOLAR

Fevralın 24-də Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə  müxtəlif yaş kateqoriyalarından olan uşaqlar  arasında həvəskar xizək yarışı keçiriləcək.  

90deqiqe.azın Federasiyasıdan aldığı məlumata görə, yarışın əsas məqsədi ölkədə qış idman növlərini təşviq etmək  və  uşaqlar arasında  xizək idmanına marağı artırımaqdır. 

Qeyd edək ki, qısa müddət öncə regionda Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Heydər Əliyev Kuboku çərçivəsində uşaqlar və böyüklərdən ibarət həvəskar snoubordçular arasında yarış təşkil edilib. Turnirdə 5 müxtəlif yaş kateqoriyası üzrə 50-ə yaxın həvəskar snoubordçu birincilik uğrunda mübarizə aparıblar.







Xəbər news