22 oktyabr 2024. Çərşənbə axşamı

"Özünümüdafiə" seminarı baş tutub


"Özünümüdafiə" seminarı baş tutub

Beynalxalq Əlbəyaxa Döyüş Federasiyasının Azərbaycanda rəsmi nümayəndəsi olan Azərbaycan Əlbəyəxa Döyüş Liqası Klubunun təşilatçılığı ilə "ÖZÜNÜMÜDAFİƏ" bacarıqlarının artırılmasında yardımçı olacaq seminar təşkil olunub. Tədbirə paytaxt sakinləri böyük maraq göstərib.

Seminarda Beynəlxalq Əlbəyaxa Döyüş federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi, Azərbaycan Əlbəyaxa Döyüş Liqası Klubunun direktoru Mübariz İbrahimov, Azərbaycan Əlbəyaxa Döyüş Liqası Klubunun baş məşqçisi Orxan Şükürov iştirak ediblər. Onlar müxtəlif fəndləri sakinlərə əyani şəkildə nümayiş etdiriblər. Paytaxt sakinləri seminara böyük maraq göstərib, özünümüdafiə üsüllarını mənimsəməyə çalışıblar.

Sonda seminarda fəal iştirak edilənlərə sertifikat təqdim olunub.







Xəbər news