27 iyul 2024. Şənbə

Kriştianu Ronaldonun Messi şüarlarına reaksiyası gündəm oldu - VİDEO


Kriştianu Ronaldonun Messi şüarlarına reaksiyası gündəm oldu - VİDEO

"Əl-Şəbab" - "Əl-Nəsr" matçında Kriştianu Ronaldonun rəqib komandanın azarkeşlərinə jesti yayılıb. 

90deqiqe.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasının 21-ci həftəsində Kriştianu Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" səfərdə “Əl-Şəbab”la qarşılaşıb. Gərgin keçən görüşdə “Əl-Nəsr” 3:2 hesabı ilə qalib gəlib. Matç zamanı Kriştiano Ronaldonun "Əş-Şəbab" azarkeşlərinə qarşı jesti fanat kamerasına əks olunub.

Meydan sahibləri tərəfdarlarının  Messi deyə qışqırmasına reaksiya verən Ronaldonun hərəkəti qısa zamanda böyük əks-səda yaratdı.

“Əl-Nassr”a qələbə qazandıran qolları 21-ci dəqiqədə Kriştiano Ronaldo, 46 ​​və 86-cı dəqiqələrdə isə Anderson Taliska vurub.

21 həftədən sonra 52 xalı olan "Əl-Nəsr" lider "Əl-Hilal"dan 4 xal geri qalır.

“Əl-Nəsr” gələn həftə liqada “Əl-Hazem”i qəbul edəcək.







Xəbər news