23 noyabr 2024. Şənbə

Qarabağ Dirçəliş Fondu və “Azərxalça” birgə layihəyə start verdilər


Qarabağ Dirçəliş Fondu və “Azərxalça” birgə layihəyə start verdilər

Qarabağ Dirçəliş Fondu və “Azərxalça” ASC Qarabağın bərpasına töhfə vermək üçün əməkdaşlığa başlayır.

Bu münasibətlə Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Four Seasons” otelində “Azərxalça” ASC-yə məxsus butikdə usta toxucu tərəfindən hazırlanan Qarabağ xalçasına ilmə ataraq xalçanın hazırlanması prosesində iştirak edib.

Məlumat üçün bildirək ki, sözügedən Qarabağ xalçasına ilk ilmələri 2022-ci ilin noyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva atıb. Daha sonra 42 ölkədən olan 162 qonaq da xalçaya ilmə atmaqla bu möhtəşəm sənət əsərinin bir parçasına çevriliblər.

Qeyd edək ki, Qarabağın mədəni dirçəlişini simvolizə edən bu xalça QDF və “Azərxalça” arasındakı uzunmüddətli əməkdaşlığın təməli sayıla bilər. Belə ki, Qarabağın rənglərini özündə təcəssüm etdirən bu xalça yaxın gələcəkdə QDF tərəfindən keçiriləcək xeyriyyə hərracında xüsusi lot kimi təqdim ediləcək.

R.Hacıyev bu xeyriyyə təşəbbüsünə qoşulduğuna görə “Azərxalça”-nın İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Emin Məmmədova təşəkkürünü bildirib.

E.Məmmədov gələcəkdə birgə digər layihələrin həyata keçirilməsində maraqlı olduğunu və belə layihələrin Qarabağın dirçəlişi prosesinə daha çox insanın cəlb olunmasına töhfə verəcəyini vurğulayıb.

Sonda iştirakçılara butikdə yer alan digər xalçalar təqdim edilib və xatirə şəkli çəkilib.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir