22 oktyabr 2024. Çərşənbə axşamı

Aquero peşəkar futbola qayıdır


Aquero peşəkar futbola qayıdır

90deqiqe.az məşhur "Marka" nəşrinə istinadən xəbər verir ki, Serxio Aquero yenidən peşəkar futbola qayıda bilər. Məlumata görə argentinalı ulduz özü bu barədə məlumat paylaşıb. 

"Mançester Siti"də möhtəşəm karyera keçirən Aquero 2021-ci ildə "Barselona"ya keçmişdi. Lakin Agueronun "Barselona"da qalması yaddaqalan olmadı. Onun karyerası 2021-ci ildə ürək aritmiyasından əziyyət çəkərək qəfil başa çatdı.

Serxionun sosial şəbəkələrdə etdiyi paylaşıma görə veteran futbolçunun ürəyində olan problem aradan qalxıb və yaşıl meydanlara dönməyə hazırdır. 

Qeyd edək ki, futbolçu karyerası ərzində "Atletiko Madrid", "Mançester Siti" və "Barselona" kimi komandaların formasını geyinən Aquero 685 matça 385 qolla yadda qalıb. 







Xəbər news