- Xəbər news
- 22:34 14.11.2024
NBA : “Boston”dan ardıcıl 9-cu qələbə, “Dallas” 7 oyun sonra uduzdu.
Şərq Konfrasının lideri “Boston” “Filadelfiya” ilə münasibətlərə aydınlıq gətirib. İlk hissədə kollektivlər hərəyə 30 xal toplayıblar. Gərgin mübarizə ikinci periodda da davam edib. Nəticədə rəqibindən 2 xal çox toplayan meydança sahibləri böyük fasiləyə öndə yollanıblar - 53:51. Üçüncü 12 dəqiqəlik müddətdə təzyiqi bir qədər də artıran “yaşıllar” hesabı 86:75 ediblər. Sonuncu dövrəni də yaxşı keçirən massaçussetlilər ardıcıl 9-cu qələbələrini qazanıblar. “Boston” 117, “Filadelfiya” 99. Məğlub komandanın üzvü Tayriz Maksi 32 xal, 5 assist və 3 ribundla qarşılaşmanın ən məhsuldarı olub.
“Klivlend” “Dallas”ı qəbul edib. Başa-baş keçən ilk periodda qonaqlar minimal fərqlə üstün olublar - 24:23. İkinci hissədə daha dəqiq oynayan meydança sahibləri böyük fasiləyə 60:56 öndə yollanıblar. Üçüncü 12 dəqiqəlik müddətdə daha çox xal toplayan Texas təmsilçisi fərqi 1-ə edindirib. Amansız mübarizə sonuncu periodda da davam edib. Qalibin adına yalnız son saniyələrdə aydınlıq gəlib. Mark Ştrusun meydança mərkəzinin yaxınlığından atdığı üç xallıqla ohayolular qələbə qazanıbalar. “Klivlend” 121, “Dallas” 119. 7 oyun sonra məğlub olan “vəhşi atlar”ın sloveniyalı meqaulduzu Luka Donçiç 45 xal, 14 assist və 9 ribaundluq performansı ilə matçın ən fəalı olub.
Hazırda “Ohalhoma” və “Minnesota” Qərb Konfransında şərikli liderlərdir. “Boston” isə Şərq Konfrasına başçılıq edir.