31 yanvar 2026. Şənbə

"Qalatasaray"ın eks üzvü millidən ayrıldı

Samuel Eto müqavilə müddətini uzatmadı


"Qalatasaray"ın eks üzvü millidən ayrıldı

Kamerun futbol Federasiyası millinin baş məşqçisi Riqobert Sonqla yollarını ayırıb .

90deqiqe.az federasiyadan verilən açıqlamaya istinadən xəbər verir ki, 47 yaşlı çalışdırıcının və komandasının fevralın 28-də başa çatan müqavilələrinin yenilənməyəcəyi qeyd olunub. 

Federasiya prezidenti Samuel Eto Fransa televiziyasına "O, bu komandaya çox töhfə verdi. Hədəflərimizə çata bilmədik. Ona gələcək karyerasında uğurlar arzulayırıq" deyib.

2022-ci ilin martında Kamerun millisinə dəvət alan Sonq 23 matçda 6 qələbə, 8 heç-heçə və 9 məğlubiyyətlə ayrılıb. Aktiv karyerasının qızıl çağında İngiltərə Premyer Liqa klubları "Liverpul" və "Vest Hem Yunayted"də çıxış edən Sonq "Qalatasaray" və "Trabzonspor"da oynadıqdan sonra futboldan ayrılıb.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO