- Xəbər news
- 10:26 11.12.2024
Gənclər və İdman Nazirliyinin 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan “İdman Həftəsi” layihəsinə çərçivəsində silsilə tədbirlər davam edir. Bu gün Milli Gimnastika Arenasında İdman Federasiyaları, paralimpiya və deflimpiya komitələri əməkdaşları arasında fibonaççi intellektual yarışması keçirilib.
90deqiqe.az yarış başlamazdan öncə açılış mərasimi təşkil olunub. İlk olaraq Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra Gənclər və İdman Nazirliyinin Sektor müdirinin müavini Elçin Qasımov açılış nitqiylə çıxış edib. O bu tədbirin fedarsiyalar arasında əlaqə və əməkdaşlığın möhkəmlənməsi üçün mühüm olduğunu qeyd edib. Bundan sonra yarışa start verilib və iştirakçılar müxtəlif mərhələlərdə qalib olmaq uğrunda mübarizə aparıblar.
Qeyd edək ki, yarışda Federasiyaları, paralimpiya və deflimpiya komitələrindən 30-a yaxın komandadan 150-yə qədər oyunçuiştirak edib.