22 oktyabr 2024. Çərşənbə axşamı

Mundialın 19 iştirakçısı müəyyənləşib


Mundialın 19 iştirakçısı müəyyənləşib

FİFA 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatının təsdiqlənmiş formatını açıqlayıb.

90deqiqe.az xəbər verir ki, ilk dəfə 32 klubun qatılacağı yarışa ABŞ ev sahibliyi edəcək.

Dünya çempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək. 32 komanda 8 qrupda mübarizə aparacaq. Dairəvi sistemlə keçirilək yarışda hər qrupda ilk iki yerin sahibi 1/8 finala yüksələcək. Olimpiya sistemli yarışda 3-cü yer uğrunda matç baş tutmayacaq.

Artıq mundialın 19 iştirakçısı müəyyənləşib. Bu komandalar “Vidad” (Mərakeş), “Əl-Əhli” (Misir), “Əl-Hilal” (Səudiyyə Ərəbistanı), “Urava” (Yaponiya), “Çelsi”, “Mançester Siti” (hər ikisi İngiltərə), “Real” (İspaniya), “Bavariya” (Almaniya), PSJ (Fransa), “İnter” (İtaliya), “Porto”, “Benfika” (hər ikisi Portuqaliya), “Monterrey”, “Leon” (hər ikisi Meksika), “Sietl” (ABŞ), “Oklend” (Yeni Zelandiya), “Palmeyras”, “Flamenqo”, “Fluminense”dir (hamısı Braziliya).







Xəbər news