22 oktyabr 2024. Çərşənbə axşamı

“Sportinq” "Benfika"dan güclü oldu - VİDEO


“Sportinq”  "Benfika"dan güclü oldu  - VİDEO

Ötən gecə Portuqaliya Kubokunda ilk yarımfinal matçı keçirilib. Ən güclü 4 komanda arasına qədər irəliləyən turnirin 17 qat qalibi “Sportinq” doğma azarkeşləri önündə kubokun 26 dəfə çempionu olan “Benfika” ilə qarşılaşıb. 

“Joze Alvalade” stadionunda təşkil olunan “Sportinq” – “Benfika” matçına hücumlarla start verən meydan sahibləri 9-cu dəqiqədə hesabı açıblar. Pedro Qonçalveş başla dəqiq oynayıb. 35-ci dəqiqədə müdafiədə rəqibi azlıqda yaxalayan “yaşıl ağlar”ın heyətində Viktor Dyökereşin zərbəsi effektsiz alınıb. İlk hissədə başqa təhlükəli vəziyyət olmadığından tərəflər fasiləyə ev sahiblərinin minimal üstünlüyü ilə yollanıblar. İkinci yarıya da istəkli başlayan “Sportinq” 53-cü dəqiqədə fərqi yüksəltməyə yaxın olub. Lakin Jeni Katamunun zərbəsi qapının üzərindən meydanı tərk edib. Cəmi 1 dəqiqə sonra isə Viktor Dyökereş Jeni Katamonun baxımlı ötürməsini qola çevirib. Ruhdan düşməyən qonaqlar 68-ci dəqiqədə fərqi azaldıblar. Anxel Di Mariyanın ötürməsini Fredrik Eursnes dəqiq zərbəylə tamamlayıb. 3 dəqiqə sonra Anxel Di Mariya status-kvonu bərpa etsə də, hakim VAR-a baxdıqdan sonra ofsayd səbəb ilə qolu ləğv edib. Analoji hadisə matçın sonunda yenidən təkrarlanıb. Amma bu dəfə “Benfika”nın lehinə. Belə ki, əsas vaxta əlavə edilən 3-cü dəqiqədə Nuno Santuş baxımlı qola imza atsa da, daha öncəsində komanda yoldaşı oyundan kənar vəziyyətdə olduğu üçün qol qeydə alınmayıb. “Sportinq” 2. “Benfika” 1. Tərəflərin cavab görüşü aprelin 3-də keçiriləcək.







Xəbər news