- Xəbər news
- 01:00 22.01.2026
Daşkənd Böyük Dəbilqə turniri start götürür
Özbəkistanın paytaxtı Daşkənd şəhərində Böyük Dəbilqə turnirinin ilk yarış günü keçirilir.
90deqiqe.az xəbər verir ki, Daşkənddə start götürəcək yarışda 12 idmançımız yarışacaq. Onlardan 7-si kişi, beşi isə qadındır. 60 kiloqram çəki dərəcəsində Nazir Talıbov və Rövşən Əliyev, 66 kq-da İslam Rəhimov və Rəşid Yelkiyev, 73 kq-da İbrahim Əliyevlə Nəriman Mirzəyev çıxış edəcək. 81 kq-da isə Ömər Rəcəbli tatami üzərinə çıxacaq. Maraqlıdır ki, daha ağır çəki dərəcələrində – 90, 100 və 100 kq-dan ağır çəkidə təmsilçilərimiz yoxdur. Qadın idmançılara gəlincə, 48 kq-da Könül Əliyeva, 52-də Gültac Məmmədəliyeva ilə Aydan Vəliyeva, 57-də isə Fidan Əlizadə yarışacaq. 63 kq çəki dərəcəsində isə Aytac Qardaşxanlı mükafatçılar sırasına düşməyə çalışacaq. İştirakçılarımızın siyahısına baxanda, 12 cüdoçudan altısının – İslam Rəhimov, Ömər Rəcəbli, Könül Əliyeva, Aydan Vəliyeva, Fidan Əlizadə və Aytac Qardaşxanlının yaşı 21-dən aşağı olduğu üzə çıxır.
Martın 3-ü yekunlaşacaq Böyük Dəbilqə turnirində 68 ölkədən 495 idmançı mübarizə aparacaq. Qaliblər 1000, gümüş medalçılar 700, bürünc mükafatçılar isə 500 reytinq xalı qazanacaq.