- Xəbər news
- 01:00 22.01.2026
AFFA və UEFA Akademiyasının birgə əməkdaşlığı çərçivəsində "Elite Club Programme" təhsil layihəsinin üçüncü – sonuncu sessiyası başa çatıb. Seminarda AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Sərxan Hacıyev də iştirak ediblər. Nitq söyləyən Rövnəq Abdullayev bu proqramın ölkə futbolu üçün faydalı olacağını və klubların bu şansdan istifadə etmələrinin vacibliyini vurğulayıb. Sərxan Hacıyev isə bu təhsil proqramının Azərbaycan futbolunun gələcəyinə verə biləcəyi töhvələri dilə gətirib. Peşəkar Futbol Liqasının icraçı-direktoru Elgiz Abbasov da seminarda iştirak edən şəxslərdən olub.
Qeyd edək ki, seminarda PFL-in və Misli Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak ediblər. Burada klubların maliyyəsinin müzakirə edilməsi, büdcənin idarə edilməsi, oyun təşkilinin əsas elementləri və oyun günü təcrübəsinin genişləndirilməsi kimi məsələlər müzakirə olunub.