- Xəbər news
- 21:03 20.12.2025
Turnir cədvəlinin lideri “Real Madrid” doğma azarkeşləri önündə “Panatinaikos”la üz-üzə gəlib.
90deqiqe.az xəbər verir ki, üç oyundur rəqibinə qalib gələn İspaniya təmsilçisi bu matça da yaxşı başlayıb. Nəticədə onlar ilk periodu 24:18 öndə tamamlayıblar. Lakin növbəti 10 dəqiqəlik müddətdə qonaqlar vəziyyəti dəyişə biliblər. Böyük fasiləyə də öndə yollanan Yunanıstan klubu olub: 45:36. 3-cü periodda “Real” fərqi 6-ya endirib. Lakin həlledici məqamda üstünlüyü əldən verməyən “Panatinaikos” 97:86 hesablı qalibiyyət əldə edib.
26 xal, 7 ribaund və 4 assistlə oynayan qalib komandanın üzvü Mattias Lessort matçın ən məhsuldar basketbolçusu olub.