21 dekabr 2025. Bazar günü

"Neftçi" kuboka qələbə ilə başladı - FOTOLAR


"Neftçi" kuboka qələbə ilə başladı - FOTOLAR

"Neftçi" kubokun ilk oyununda qələbəyə sevinib

90deqiqe.az xəbər verir ki, 1 mart "Sərhədçi" İdman Mərkəzində, basketbol üzrə Azərbaycan Kubokunun "A" qrupunda iki oyun keçirilib. Günün ilk oyunu "Neftçi" və "Sumqayıt" komandaları arasında baş tutub. Favorit "Neftçi", rəqib üzərində 87-76 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular: "Neftçi" (Alfonso Styuart - 21 xal, 8 ribaund), "Sumqayıt" (Roderik Smit - 21 xal, 9 ribaund) Günün ikinci oyununda çempionatın lideri "Xəzri", "Cəlilabad" klubu ilə qarşılaşıb. Paytaxt klubu bu oyunda çətinlik çəkmədən 86-69 hesablı rahat qələbə qazanıb. Bu kubokda "Xəzri" nin ardıcıl ikinci qələbəsi olub. Ən məhsuldar basketbolçular: "Xəzri" (Cordan Perkins- 20 xal, 9 ribaund), "Cəlilabad" (Zaur Paşayev - 21 xal, 6 asist)







Xəbər news