31 yanvar 2026. Şənbə

İdman tarixində rekord müqavilə


İdman tarixində rekord müqavilə
Meksikalı boksçu Saul Alvares idman tarixində rekorda imza atıb.

Corner.az-ın xəbərinə görə, 28 yaşlı boksçu peşəkar idman tarixinin ən bahalı müqaviləsinə qol çəkib.

O,  DAZN strim-serveri ilə 365 milyon dollarlıq sözləşmə imzalayıb. DAZN 5 il ərzində Saulun 11 döyüşünü nümayiş etdirəcək. 

Bundan əvvəlki rekord amerikalı beyzbolçu Cankarlo Stentona məxsus idi. O, 2014-cü ildə “Mayami Marlinz”lə dəyəri 325 milyon dollar olan 13 illik müqavilə imzalayıb.   

Qeyd edək ki, Saulun əməkdaşlıq çərçivəsində ilk döyüşü dekabrın 15-də Britaniya idmançısı Roki Fildinqə qarşı olacaq.(qol.az)





Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO