21 dekabr 2025. Bazar günü

Avropanın ən bahalı 10 liqası: Super Liqanın yeri dəyişib


Avropanın ən bahalı 10 liqası: Super Liqanın yeri dəyişib

Yeni yayım tenderinin başa çatması ilə Super Liqa ən bahalı liqalar kateqoriyasında yüksəlməyə başladı.

90deqiqe.az xəbər verir ki, Super Liqa beIN Sports ilə yeni müqavilə ilə 168 milyon Avro yayım gəlirinə çatdı. 

Bu qiymət Avropa Liqaları arasında Super Liqanın yerini də dəyişsə də, 5 böyük liqadan sonra sıralanan Super Liqa Portuqaliya Primeira, Hollandiya Eredivisie və Belçika Jupiler Pro liqalarını geridə qoyub. Ən yüksək illik televiziya yayımı gəliri olan liqalar aşağıdakılardır:

1- İngiltərə Premyer Liqası: 1 milyard 900 milyon avro 

2- Almaniya Bundesliqası: 1,08 milyard avro

3- İspaniya La Liqası: 990 milyon avro

4- İtaliya A Seriyası: 840 milyon avro

5- Fransa Liqa 1: 582 milyon avro

6- Türkiyə Super Liqası: 168 milyon avro

7- Portuqaliya Primeira: 160 milyon avro

8- Niderland Erediviziyası: 150 milyon avro

9- Belçika Jupiler Pro: 103 milyon avro

10- Şotlandiya Premyer Liqası: 29 milyon avro







Xəbər news