22 oktyabr 2024. Çərşənbə axşamı

Basketbol məşqçiləri üçün seminar-təlim təşkil ediləcək


Basketbol məşqçiləri üçün seminar-təlim təşkil ediləcək

Azərbaycan Basketbol Federasiyası ölkə ərazisində fəaliyyət göstərən uşaq basketbol məşqçiləri üçün seminar-təlim təşkil edir. Təlimlərin məqsədi uşaq məşqçilərinin bilik, bacarıq, ustalıq, psixoloji və mənəvi keyfiyyətlərini yoxlamaq, onların bilik və ustalıq səviyyələrini qiymətləndirmək və təsnifatlandırmaqdan ibarətdir.

90deqiqe.az xəbər verir ki, seminar-təlimdə məşqçilik fəaliyyəti ilə məşğul olanlar və məşqçi olmaq istəyənlər iştirak edə bilərlər. Yekunda məqbul nəticə göstərən iştirakçılara ABF-in məşqçi SERTİFİKATLARI təqdim olunacaqdır.







Xəbər news