22 oktyabr 2024. Çərşənbə axşamı

“Gəncə” VK-nun Müşahidə Şurasının sədri yeni vəzifəyə təyin olunub


“Gəncə” VK-nun Müşahidə Şurasının sədri yeni vəzifəyə təyin olunub

“Gəncə” voleybol klubunun Müşahidə Şurasının sədri Müşfiq Cəfərov yeni vəzifəyə təyin olunub.

Milli Məclisin keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi müzakirə edilib.


90deqiqe.Az  xəbər verir ki, Azərbaycan parlamenti ilə Filippin parlamenti arasında yeni parlamentlərarası işçi qrup yaradılıb.


Qrupa Azərbaycan tərəfindən deputat Müşfiq Cəfərovun namizədliyi irəli sürülüb və deputatlar tərəfindən dəstəklənib.







Xəbər news