21 noyabr 2024. Cümə axşamı

Əsrin bəlası piylənmə deyil, əzələsizlikdir! - FOTOLAR


Əsrin bəlası piylənmə deyil, əzələsizlikdir! - FOTOLAR

Bir çox insan son zamanlarda ən çox arıqladan diyetlərin və menyuların arxasınca qaçır və piylərdən azad edəcək , fit bir görüntüyə qovuşduracaq , hətta sağlığını geri qazandıracaq möcüzəvi qarışımlar , dərmanlar , çaylar axtarışındadır. Lakin heç bir vasitə tammailə bu problemi həll edə bilməz çünki müassir insanlar öz dədə - babalarından fərqli olaraq daha çox qida qəbul edir və daha az hərəkət edirlər.

Bu da öz növbəsində əzələ tonusunun azalmasına və zəifliyinə , piy faizinin artmasına səbəb olur.

Piylənmə iltihabi prosesdir və əzələ kütləsi ilə hər zaman qarşı -qarşıya savaşan iki fərqli toxumadırlar .

Bir bədəndə əzələ kütləsi yetəri qədərdirsə həm bu yağ yandırma qabiliyyətini artırır , qəbul edilən qidanın daha tez enerjiyə çevrilməsinə səbəb olur, sindirim sistemi daha sürətli çalışır. Yox əgər yağ kütləsi çox olacaqsa insan gün içində yorğun , depressiv , çox zəif mədə- bağırsaq hərəkətlərinə sahib olacaqdır . Əlbətdə bütün bunların təməlində əzələ sisteminin zəif olması, hərəkətsizlik yatsada, qidanın da rolu böyükdür . Çünki qidalarımız daha əl çatan və həddindən artıq kalorilidir. Hərəkət etməyən insan isə aldığı kaloriləri yandırmadığı üçün durmadan şişir və bir çox xəstəliyin bədəndə inkişaf etməsinə səbəb olur.

Eyni zamanda güclü əzələ sistemi , həm də güclü immun sistemi deməkdir.

Bir başqa məqam isə eyni miqdarda piyin və əzələnin vücudumuzda paylanma sıxlığı da eyni deyildir.

Bu səbəbdən qidamızı gözdən keçirərkən, möcüzəvi diyetlər axtarışına çıxarkən nə qədər addım atmağımıza və gün içində nə qədər aktiv olduğumuza da diqqət yetirməliyik, hərçənd ki əsrin bəlası piylənmə deyil, əzələsizlikdir.

Dietoloq -Epigenetik kouç
Səma Cəbiyeva







Sağlam qida

Günəş yeyin
  • 20:25 01.06.2024
Günəş yeyin
Xoşbəxtlik hormonu
  • 13:28 18.05.2024
Xoşbəxtlik hormonu
Su həyatdır
  • 10:28 15.05.2024
Su həyatdır
Yemə Krizləri
  • 15:43 24.04.2024
Yemə Krizləri
YUXUNUN ÖNƏMİ
  • 12:02 06.04.2024
YUXUNUN ÖNƏMİ