13 oktyabr 2026. Çərşənbə axşamı

Sumqayıt Rumıniya klubu ilə qarşılaşacaq


Sumqayıt Rumıniya klubu ilə qarşılaşacaq

Sabah təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşəcək "Sumqayıt"ın daha bir rəqibi bəlli olub.

Corner.az xəbər verir ki, Ayxan Abbasovun komandası Rumıniyanın "Petrolul" klubu ilə üz-üzə gələcək. Rumıniya mətbuatı görüşün iyulun 21-də keçiriləcəyini yazıb.


Qeyd edək ki, "Sumqayıt"ın Türkiyənin "Akhisar" klubu ilə qarşılaşacağı isə daha əvvəl məlum idi. Bu oyun avqustun 1-nə nəzərdə tutulub.







Xəbər news