27 mart 2026. Cümə

Qəbələ Türkiyədən qələbə ilə ayrılır


Qəbələ Türkiyədən qələbə ilə ayrılır

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün sonuncu yoxlama oyununa çıxıb.

Corner.az xəbər verir ki, “qırmızı-qaralar” “Boluspor”la üz-üzə gəlib.Görüş "Qəbələ"nin qələbəsi ilə başa çatıb. Qəbələnin qollarını yeni transferlər - Merab Qiqauri və Klesio Bauk vurub.


Qeyd edək ki, "Qəbələ" toplanış çərçivəsində buna qədər Ukrayna təmsilçiləri “Mariupol”a 2:1 hesabı ilə qalib gəlib, “Vorskla”ya 1:3 uduzub.

Yoxlama oyunu


17 iyul

"Boluspor" 1-2 "Qəbələ" 
Qollar:
 Merab Qiqauri, 19 (0:1), Klesio, 47 (0:2), Yasin Dülger, 90 (1:2)







Xəbər news