27 iyul 2024. Şənbə

Ramazanda qidalanma


Ramazanda qidalanma

Bir çox müsəlmanın həsrət və böyük sevgi ilə gözlədiyi Ramazan ayı gəldi çatdı. 
Çox insan bu ayda dini vaciblərini yerinə yetirərkən , bir tərəfdən də onlara maraqlı gələn bir sual var, Ramazanda qidalanma necə olmalıdır. Düzü bu haqda çox yazılar oxumuş olarsınız, mən də oxumuşam, lakin bir çox mənbələrdə bu mövzuya yanşmanın doğru olmadığına diqqət çəkmək istəyirəm. Əgər siz sağlamlığına diqqət yetirən birisinizsə bilməlisiniz ki, sağlamlıq hormonların dilini bilməklə mümkündür bu səbəbdən Ramazanda sahur süfrələrində yediyiniz bəsit karbohidratlarla yanaşı həm də kompleks karbohidratlara  son verməlisiniz! Bura daxildir :taxıllar, şəkər və şəkərli bütün qidalar, meyvə, ələxsusda quru meyvələr. Bu qidalar qanda şəkər səviyyəsini yüksəltdiyi üçün , bəsit karbohidratlar isə ümumiyyətlə ani yüksəlişə səbəb olur və nəticədə siz gün boyu ac, halsız, aqressiv və yorğun hiss edəcəksiniz. Odur ki sahurda zülal və doğru yağ qəbulu sizi daha uzun müddət tox tutacaq, daha dəngəli bir qan şəkəriniz olacaq və gün boyu orucunuzu rahat keçirəcəksiniz. 

İftar yeməklərində də həmçinin eyni qaydaya diqqət etmək lazımdır ki , bu dəfə də boş mədəyə aşırı yükləmə olmasın və qan şəkəri ani yüksəlib sizi haldan salmasın. 

Örnək bir Ramazan menyusu bölüşmək isttəyirəm  sizlərlə , lakin bundan öncə bildirmək istəyirəm ki, oruc mənəvi yöndən yanaşsaq nəfsinizlə bir savaş halıdır və ən əsas ac qalmaq deyil, əsas savaş orucu açdıqdan sonra başlayır!

Sahur menyusu : iki-üç yumurta təmiz nəhrə yağında, kakos və ya zeytun yağında hazırlayın. Boşqabınıza badam, fındıq, qoz öz ovuc içiniz qədər əlavə edə bilərsiniz. Bu həm sağlam enerji verəcək yağ həm də lif qaynağıdır. Mövsüm tərəvəzlərindən limon suyu əlavə edilmiş bir kiçik piyalə salat və sumaq , zirinc kimi antioksidant qaynağı ədvalar. 
Su qəbulunu unutmayın və yeməkdən 15 dəqiqə sonra 0,5 l. su gün boyu yaşanacaq dehidrasyonun qarşısını alacaq . 

Mineral sulardan da (qazı çıxdıqdan sonra) istifadə edə bilərsiniz. 

İftar menyusu: İftarı 100-150 ml sümük suyu ilə açmağı məsləhət görərdim. Xurma və s. kimi şəkər dəyəri yüksək bir qida ilə deyil. 

Sümük suyu ac qalan mədə bağırsaq üçün həm rahatladıcı həm də bərpaedici olcaq. 
Bundan sonra çox da ağır olmayan yenə də mövsüm tərəvəzlərinə üstünlük verilən bir boşqab hazırlayın özünüzə. Məsələn toyuq və ya balıq yeməyi sobada, yanında qaynadılmış gül kələm və ya brokoli üzərinə soyuq sıxım zeytun yağı və limon suyu. 

Yemək ilə birlikdə meyvə qəbulunu da sonlandırsanız daha məqsədə uyğun olar , ümumiyyətlə isə onların qəbulunu heç doğru bilmirəm çünki artıq günümüzdə meyvələr şəkərlə zəngin, lif dəyərləri çox aşağıdır. Tək başına yesəniz isə sizə halsızlıq gətirəcək. Ən yaxşı vitamin və mineral qaynağı isə mövsüm tərəvəzləridir. 

Bu cür qidalanmağı sınayın, oruc tutmağın nə qədər gözəl və hüzur verici bir şey olduğunun özünüz şahidi olacaqsınız çünki bağırsaqlar ikinci beynimizdir və onlar necə hiss edirsə , biz də elə hiss edirik. 

Hər kəsə sevgi, bərəkət və hüzur dolu Ramazan ayı arzu edirəm. 

Dietoloq -Epigenetik kouç Səma Cəbiyeva







Sağlam qida

Günəş yeyin
  • 20:25 01.06.2024
Günəş yeyin
Xoşbəxtlik hormonu
  • 13:28 18.05.2024
Xoşbəxtlik hormonu
Su həyatdır
  • 10:28 15.05.2024
Su həyatdır
Yemə Krizləri
  • 15:43 24.04.2024
Yemə Krizləri
YUXUNUN ÖNƏMİ
  • 12:02 06.04.2024
YUXUNUN ÖNƏMİ