- 12:33 14.04.2024
"ProSport" İdman klubu 2 yeni filial açıb.
90deqiqe.az peşəkar idman klubunun məşqçisi Samirə Səlimzadənin sözlərinə istinadən xəbər verir ki, “ProSport Gimnastika” klubu 2 yeni filial açıb. Yeni zallardan biri Port Paku, digəri isə Bayıl “Crocus Fitness”də yerləşir.
I. Port Baku yerləşən “The Club”da məşqlər qızlar üçün bədii gimnastika olaraq planlaşdırılıb. Çərşənbə axşamı və Cümə axşamı ( 2 - 4 ) günlərinə təyin edilən məşq saatları isə belədir.
1ci qrup- 16:00-17:00
2ci qrup- 17:00-18:00
3cü qrup- 18:00-19:00
II. Bayıl Sabah Residencedəki “Crocus Fitness” zalında isə həm qızlar həm oğlanlar üçün gimnastika hazırlıq qrupları təşkil edilib. Günlər və saatlar isə bu cür formalaşdırılıb.
Bazar ertəsi -Cümə axşamı ( 1 - 4 )
1ci qrup- 17:00-18:00
2ci qrup- 18:00-19:00
Çərşənbə axşamı - Cümə ( 2 - 5 )
1ci qrup- 17:00-18:00
2ci qrup- 18:00-19:00
Xatırladaq ki, 16-17 mart tarixlərində “ProSport Gimnastika” klubunun təşkilatçılığı ilə 2nd “F-CHAİN” CUP turniri təşkil olunacaq. “Olimpik Star” idman kompleksində təşkil olunacaq turnir “ProSport”un baş sponsoru olan Financial Chain Corporationa həsr edilmiş II yarış kimi tarixə düşəcək.