- Xəbər news
- 22:34 14.11.2024
Azərbaycanda futbolsevərləri bir araya gətirəcək yeni xeyriyyə minifutbol turnirinə start verilir.
90deqiqe.az xəbər verir ki, turnir Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu, "Azərlotereya" ASC-nin tərəfdaşlığı və “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçiriləcək.
Ölkəmizdə fəaliyyət göstərən şirkətlər Qarabağ Dirçəliş Fonduna 1500 MANAT məbləğində ianə etməklə turnirdə iştirak edə bilərlər.
Turnirdə iştirak etmək üçün komandaların qeydiyyatı 15 mart tarixinədək davam edəcək. Oyunlar Bakı Olimpiya Stadionunun ərazisində yerləşən “Sportster” minifutbol kompleksində keçiriləcək.
Turnirin reqlamentinə əsasən, qalib adı uğrunda mübarizədə 40 komandanın iştirakı nəzərdə tutulub.
3 ay davam edəcək turnirdə ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medalLA və xüsusi mükafatlarla təltif ediləcəklər. Bundan başqa turnirin ən yaxşı qapıçısı, bombardiri və ən yaxşı oyunçusu FƏRQLƏNDİRİLƏRƏK MÜXTƏLİF HƏDİYYƏLƏR ƏLDƏ EDƏCƏK.
“Qarabağ Dirçəliş Fondu , Fandreyzinq bölməsi üzrə baş mütəxəssisi Vüsal Kərimov turnirin Qarabağ üçün əhəmiyyətindən danışdı.
Xüsusilə qeyd olunmalıdır ki, turnirin keçirilməsindən əldə olunacaq vəsait fondun sifarişi ilə işğaldan azad edilmiş Füzuli şəhərində salınan Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının tikintisinə yönəldiləcək. Beləliklə, komandalar turnirdə iştirak etməklə yanaşı, həm də Qarabağın bərpasına töhfə vermiş olacaqlar.