- Xəbər news
- 01:00 22.01.2026
Yeni mövsümə hazırlaşan Almaniyanın “Erzgebirge” klubu növbəti yoxlama oyununa çıxıb.
Corner.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi komanda Bundesliqa təmsilçisi “Herta” ilə üz-üzə gəlib. Görüş Erzgebirge'nin qələbəsi ilə yekunlaşıb - 4:1.
Start heyətdə meydana çıxan millimizin futbolçusu 62-ci dəqiqədə əvəzlənib. O, 41-ci dəqiqədə komandasının ikinci qolunu vurub.