21 noyabr 2024. Cümə axşamı

İdeal kilon neçə olmalıdır?


İdeal kilon neçə olmalıdır?

Pəhrizə başlayan hər kəsin mütləq hədəflədiyi bir çəki olur. Bu həm də özlüyündə bir motivasiya mənbəyidir.

Lakin diqqət etmək lazımdı ki, hədəflənən çəkiyə çatmaq yolunda faydadan çox zərərlə üzləşməyəsiniz. Dünya Sağlamlıq Təşkilatına görə, ayda maksimum 2 - 4 kq ağırlıq itkisi hədəfə alınmalıdır.
Hədəfə çatmaq üçün kiçik addımlarla başlamalı və orqanizmi gücə salmamalısınız!
Burada ilk öncə yuxu rejimini qaydaya salmaq lazımdır. Gündəlik yuxu müddətinin 7 - 8 saat arasında olması lazımdır. Daha az və ya çox yatmaq kilo artımına təsir göstərməkdədir.

Kilo vermək üçün bütün qidalar, paketə girməmiş və natural, təbiətin sizə bəxş etdiyi şəkildə süfrənizdə olmalıdır. 
Buna balanslı qidalanma deyilir. Balanslı qidalanma hər zaman ən çox işə yarayan və sağlamlığınızı qoruyan yöntəmdir kilo vermə dönəmində. 
Lakin balanslaşırılmış qidalarda da karbohidratı, zülalı və yağı aldığınız qidalar çox önəm daşıyır. 

Bəzən aldığınız makroların miqdarına diqqət edib , qaynağına diqqət etmədikdə də bəzi problemlər yaranacaq, istədiyiniz nəticə gecikəcək. 

Bir də unutmaq olmaz ki , sürətli verilən çəki tərəzidə sizi sevindirsədə bunun heç bir anlamı yoxdur, ömür boyu davam edə bilməyəcəksinizsə o cür qidalanmağa, verdiyiniz çəkiləri tez bir zamanda geri alacaqsınız bu bir, ikinci məqam isə budur, əzələ tonusunuz azalacaq və siz çox zəif, estetik olmayan bir görüntüdə arıqlayacaqsınız. Məncə bu heç kimin arzu etməyəcəyi bir haldır. 

Sonda onu qeyd etmək istəyirəm ki , sizə anlamsız yerə ideal kilo rəqəmləri verən heç kimə inanmayın və belə bir rəqəmi heç kim hesablaya bilməz. 

Bir Epigenetik kouç olaraq sizə deyə bilərəm ki, həyatınızda olan insanlar belə kilonuza, ideal kilonuza və bir çox başqa məqamlara təsir edir və sizin üçün ideal kilo hesablayanlar bununla heç maraqlanmırlar belə. 
Səliqəli və piy faizi aşağı bir bədəndə olun. 
Sizi maraqlandıran əsas şey tərəzi deyil, görünüşünüz olsun, bu zaman daha sağlıqlı irəliləyəcəksiniz.
Güzgüyə baxanda özünüzü sevin. 

Dietoloq-Epigenetik kouç
Səma Cəbiyeva







Sağlam qida

Günəş yeyin
  • 20:25 01.06.2024
Günəş yeyin
Xoşbəxtlik hormonu
  • 13:28 18.05.2024
Xoşbəxtlik hormonu
Su həyatdır
  • 10:28 15.05.2024
Su həyatdır
Yemə Krizləri
  • 15:43 24.04.2024
Yemə Krizləri
YUXUNUN ÖNƏMİ
  • 12:02 06.04.2024
YUXUNUN ÖNƏMİ