27 iyul 2024. Şənbə

2nd FCHAİN CUP turnirində QALA ŞOU baş tutub


2nd FCHAİN CUP turnirində QALA ŞOU baş tutub

2nd FCHAİN CUP yarışında QALA ŞOU təşkil edilib. 

90deqiqe.az xəbər verir ki, "ProSport Gimnastika" klubunun təşkilatçılığı ilə "Olimpik Star" idman kompleksində “ProSport”un baş sponsoru olan Financial Chain Corporationa həsr edilmiş turnirdə izləyicilər üçün qala şou təşkil edilib. 

Qeyd edək ki, ikinci dəfə təşkil edilən və bir günü əhatə edən turnirdə 150 gimnast iştirak edir.

Turnirdə "ProSport Gimnastika" klubunun atletləri ilə yanaşı, "Nizami", "Qara qaplan idman", "Dojo Sport Academy", "Harmony Dance Club", "Modern Sport School",  "Ay Sport", "Kids Club", E-LEARN TƏDRİS MƏRKƏZİ, "Violet Gymnastics Club", "Yüksəliş Spor Mərkəzi" idman klublarının da üzvləri güclərini sınayırlar. 

Xatırladaq ki, Financial Chain Corporation qısa müddət əvvəl təşkil edilən və ölkə idmanında ilk olan XANKƏNDİ - BAKI ULTRAMAROFUNUnda sponsorlarından biri idi.







ProSport İdman Klubu