27 mart 2026. Cümə

İranda qadınların stadiona girişinə icazə verildi


İranda qadınların stadiona girişinə icazə verildi

İran Futbol Federasiyası ölkənin qadınlarının DÇ-2022-nin seçmə mərhələsininin matçlarının stadiondan izləməyinə icazə verib.

Corner.az "Punich" nəşrinə istinadən xəbər verir ki, FİFA-dan bildirilib ki, bununla bağlı prezident Canni İnfantinonun məktubuna federasiyanın rəhbəri Mehdi Taca müsbət cavab verib. Ancaq qərarın qüvvəyə minməsi üçün İran hökümətinin razılığı lazımdır.

Qeyd edək ki, 1981-ci ildən etibarən İranda qadınların futbol matçlarına getməyinə qadağa qoyulub. Bu ölkənin millisi DÇ-2022-nin seçmə mərhələsində İrak, Bəhreyn, Kamboca və Honkonqla bir qrupda yer alıb.

Xatırladaq ki, FİFA prezidenti C.İnfantino iranlı qadınların stadiondan oyun izləməyinə icazə verilməsi üçün İran Futbol Federasiyasına məktub göndərmişdi.







Xəbər news