27 mart 2026. Cümə

UEFA yeni reytinqi açıqladı


UEFA yeni reytinqi açıqladı

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.

Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi”nin  “Sperantsa" üzərində 6:0 hesablı qələbəsi Azərbaycana 0,250 xal qazandırıb. "Səbail" isə "Sperantsa"ya məğlub olduğundan (2:3) xal ehtiyatımız qalxmayıb.

Azərbaycan son 5 mövsümdəki xallarını 16,250-ə çatdırsa da, ölkəmizin reytinqi dəyişməyib, əvvəlki kimi 26-cı pillədə qalıb. Azərbaycandan 1 pillə irəlidə olan Qazaxıstanın 17.375 xalı var.




  







Xəbər news