- 12:33 14.04.2024
“ProSport” Gimnastika Klubunun qarşısında daha məsuliyyətli yarış var.
90deqiqe.az 2022-ci ilin 1 sentyabr tarixindən etibarən fəaliyyətə başlayan və gimnastika üzrə ixtisaslaşmış profesional idman kollektivi “ProSport” Gimnastika Klubunu qarşıda daha böyükmiqyaslı və məsuliyyətli turnir gözləyir. Klubun təsisçiləri beynəlxalq və milli dərəcəli hakim və məşqçilər Leyla Hüseynli ilə Samirə Səlimzadənin yetirmələri Financial Chain Corporation-ın dəstəyi ilə aprelin 5-dən 9-dək Gürcüstanın paytaxtı Tiflis şəhərində keçiriləcək “Venera Cup” Beynəlxalq Çempionatında qüvvələrini sınayacaqlar.
Xatırladaq ki, peşəkar idman klubu martın 17-si Financial Chain Corporation-ın sponsor dəstəyi və “FCHAIN’CUP 2” Gimnastika Turnirini müvəffəqiyyətlə həyata keçirdi. “Olimpik Star” İdman Kompleksində baş tutan yarış “ProSport”un baş sponsoru Financial Chain Corporation-a həsr olunmuş II yarış kimi tarixə düşdü. 150 gimnastın iştirak etdiyi turnirdə 3 yaşdan başlayaraq müxtəlif yaş qrupları üzrə 4 kateqoriya üzrə qaliblər müəyyənləşib. Qaliblər Financial Chain Corporation tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Turnirdə “ProSport” təmsilçiləri ilə yanaşı, Bakı və rayonların 11 klubunun idmançıları güclərini sınayıblar. Gimnastlar arasında FCHAIN-in rəsmi sponsoru Züleyxa Şabanova da yer alıb.
Qeyd edək ki, “ProSport” Gimnastika Klubu qısa müddət əvvəl 2 yeni filial açıb. Yeni zallardan biri Port Paku, digəri isə Bayıl “Crocus Fitness”də yerləşir.