15 aprel 2024. Bazar ertəsi

Avropa Oyunları 2027-ci ildə İstanbulda olacaq


Avropa Oyunları 2027-ci ildə İstanbulda olacaq

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

90deqiqe.az "Sporx" nəşrinə istinadən xəbər verir ki, bu barədə İstanbul meri Əkrəm İmamoğlu mətbuat konfransında məlumat verib. 

O, Avropa Olimpiya Komitəsinin yarışı məhz bu şəhərə verdiyini açıqlayıb.

Qeyd edək ki, Avropa Oyunları ilk dəfə 2015-ci ildə Bakıda təşkil olunub. Turnir 2019-cu ildə Belarusun paytaxtı Minskdə, ötən il isə Polşanın Krakov şəhərində gerçəkləşib.







Xəbər news