27 iyul 2024. Şənbə

İspaniyanın nəhəng klublarının məşqçiləri Bakıya gələcək


İspaniyanın nəhəng klublarının məşqçiləri Bakıya gələcək

Azərbaycanda ilk dəfə təşkil olunan EL MEJOR CAMP peşəkar futbol düşərgəsidir. EL MEJOR ispan dilindən tərcümədə ən yaxşı deməkdir.

90deqiqe.az xəbər verir ki İspan metodologiyası texniki bacarıqların inkişafına, oyuna ağıllı yanaşmaya və komanda işinə diqqət yetirən bir fəlsəfəyə əsaslanır. Məşqçilər iş təcrübələri sayəsində düşərgə iştirakçılarına öz futbol bacarıqlarını növbəti səviyyəyə yüksəltməyə kömək edəcək unikal bilik və texnikaları öyrədirlər.

Ölkəmizdə uşaq futbolunun inkişafı üçün yaradılmış düşərgə iyun ayından etibarən təcrübəli ispan mütəxəssislər tərəfindən fəaliyyətə başlayacaq. Kampda Real Madrid, Barcelona, Atletiko və İspaniyanın digər nəhəng klublarının məşqçiləri bilik və təcrübələrini bölüşəcəklər.

Kamp-a 10-18 yaş aralığında 504 futbolçu və futbola həvəsi olan uşaqlar dəvətlidir.

Düşərgə 25 iyun – 5 iyul tarixlərində ASK ARENADA keçiriləcək.







Xəbər news