- Xəbər news
- 22:11 05.12.2025
Trabzonspor'un futbolçusu Con Obi Mikel milli karyerasını bitirdiyini açıqlayıb.
Corner.az xəbər verir ki, sosial şəbəkə hesabından məlumat yayan 32 yaşlı futbolçu, Misirdə keçirilən Afrika Millətlər Kubokunun onun Nigeriya millisinin heyətində son turniri olduğunu deyib: "Misir karyeramı başladığım və bitirdiyim ölkə oldu. 2006-cı ildə ilk dəfə milli komandamla çempionatda iştirak etdim. Afrika Milllətlər Kuboku isə Nigeriya millisi ilə son turnirim oldu. 32 yaşım var, milli karyeranı yekunlaşdırmağın və yerimi gənclərə verməyin zamanıdır”.
Qeyd edək ki, Nigeriya millisi Afrika Millətlər Kubokunu 3-cü yerdə bitirib.