6 dekabr 2025. Şənbə

Onlara rüşvət təklif edilib


Onlara rüşvət təklif edilib

İngiltərə milli komandasının sabiq futbolçuları Sol Kempbell və Sten Kollimora Qətərdə keçiriləcək DÇ-2022-ni tənqid etmək üçün rüşvət təklif olunub.

Corner.az xəbər verir ki, hər iki oyunçu  “The Times” nəşrinə açıqlamasında məlumatı təsdiqləyib. Belə bir tənqidi fikirlər bir neçə il əvvəl Londondakı konfranslardan birində səslənməli idi. Bütün bunlar isə DÇ-2022-nin ev sahibliyinin Qətərə verilməsinə maneə olmaq istiqamətindəki planın tərkib hissəsi olub.

İddia edilir ki, bunun arxasında bəzi Fars körfəzi ölkələrinin Qətərlə gərgin münasibəti dayanıb.(qol)







Xəbər news