- Xəbər news
- 11:02 25.10.2024
Bu gün Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinə yekun vurulacaq.
90deqiqe.az xəbər verir ki, yarışın son günündə Azərbaycanın daha üç idmançısı qüvvəsini sınayacaq. Onlar 2 çəki dərəcəsində tatamiyə çıxacaqlar.
90 kqda yarışa Vüqar Talıbov mübarizəyə 1/32 finaldan çıxacaq. O, ilk görüşündə Aleksandr Sidorikə (AİN) qalib gəlib. Növbəti rəqib Teodois Tselidis (Yunanıstan) yarışa çıxmaqdan imtina etdiyi üçün Vüqar mübarizəsiz 1/8 finala yüksəlib. Talıbov bu mərhələdə BƏƏ-ni təmsil edən Aram Qriqoryandan güclü olub.
O, 1/4 finalda İvan Felipe Silva Moraleslə (Kuba) üz-üzə gələcək.
+100 kqda yer alan Camal Qamzatxanov 1/32 finalda türkiyəli Recep Ergini mübarizədən kənarlaşdırıb. O, növbəti görüşdə niderlandlı Yelle Snippə qalib gəlib. Camal 1/8 finalda Şoxruxxon Baxtiyorova (Özbəkistan) məğlub olub.
Uşangi Kokaurinin isə 1/16 finalda Giannis Antonionu (Kipr) qalib gəlib. O, növbəti görüşdə Erik Abramova (Almaniya) uduzub.
Qeyd edək ki, Böyük Dəbilqədə bir gün öncə Rəşid Məmmədəliyev (73 kq) gümüş medal qazanıb.