27 iyul 2024. Şənbə

İcraiyyə Komitəsinə üzv seçilmək istəyənlərin sayı isə 12-dir


İcraiyyə Komitəsinə üzv seçilmək istəyənlərin sayı isə 12-dir

AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçiriləcək. Burada qurumun prezidenti və İcraiyyə Komitəsinin üzvlərinin adına aydınlıq gələcək. Federasiyanın prezidentliyə namizədi yalnız Rövşən Nəcəfdir, İcraiyyə Komitəsinə üzv seçilmək istəyənlərin sayı isə 12dir.

Bəs kimdir onlar?

90deqiqe.az xəbər verir ki, İcraiyyə Komitəsinin üzvlüyünə ümumilikdə 12 nəfərin namizədliyi irəli sürülüb. Peşəkar Futbol Liqası İctimai Birliyi üçün 5 namizəd təqdim olunub ki, onlardan 3-ü yeni simalardır: Səməd Qurbanov, Xəyal Cəfərov və Maqsud Adıgözəlov. 69 yaşlı veteran futbolçu – Səməd Qurbanov 2015-ci ilin martından bəri “Neftçi” PFK-nın Müşahidə Şurasının üzvüdür. Xəyal Cəfərov isə hazırda “Neft” emalı zavodunun direktorudur. Maqsud Adıgözəlov “Sabah”ın prezidenti və Klublar Komitəsinin sədri vəzifəsində çalışır.

Digər namizədlər isə Qurban Qurbanov və Fərid Mansurovdur. 2017-2018-ci illərdə AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan Qurban Qurbanov hazırda “Qarabağ”ın baş məşqçisidir.  Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov isə daha əvvəldən AFFA-nın icraiyyə komitəsində yer alırdı.

Regional Futbol Federasiyaları İctimai Birliyində 3 nəfərin adı qeyd olunur.  Onlar artıq 21 ildir ki AFFA-nın vitse-prezidenti olan Elşad Nəsirov, Federasiyanın hazırki baş katibi Sərxan Hacıyev və Qılıncoynatma federasiyasının prezidenti, “Sabah” FK-nun müşahidə şurasının üzvü Balakişi Qasımovdur.

İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən 2020-ci ildən bəri İcraiyyə Komitəsinin üzvü olan Könül Mehtiyevanın, Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən 2017-ci ildən bəri komitəyə üzv olan Zaur Axundovun namizədliyi irəli sürülüb.  Bundan başqa, daha 2 yeni ad - Azərbaycan Futzal Federasiyası tərəfindən Ülvi Mansurov və Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən Leyla Xəlilova Razazadə də AFFA-nın İcraiyyə Komitəsinə namizədlərdəndir.







Xəbər news