10 dekabr 2024. Çərşənbə axşamı

İdman sahəsində PR niyə vacıbdir?


İdman sahəsində PR niyə vacıbdir?

İdman sahəsində PR niyə vacıbdir?

Hazırda bir çox sahələrdə olduğu kimi idman sahəsində də PR lazım qədər dəyər verilmir. Bir necə komanda və ya idmançını çıxmaq şərtilə (onlar da qənaətbəxş deyillər) bu sahədə ya PR önəm verilmir və ya düzgün şəkildə aparılmır. Bunun nəticəsidir ki, dünyada tanınmış idmançıların bir çoxunun sponsurluqları yoxdur və ya hansısa yerli kiçik biznesləri az vəsait müqabilində öz sosial medialarında reklam edirlər.

Hətta bəziləri də şikayətlənir ki, maliyyə olmadığı üçün bir çox yarışlara gedə bilmirlər və ya borc alıb gedib iştirak edirlər.

Amma dünyada isə bəzən də bizim idmançılardan və ya komandalardan daha az tanınanlar düzgün qurulmuş PR nəticəsində bir dəyər yaradaraq bunu maliyyəyə çevirirlər. Bütün bunlar haqqında sonrakı bloqlarımızda ayrı-ayrı bəhs edəcəyik.

Nələri düz edirlər, nələri düz etmirlər, beynəlxalq təcrübə və s haqqında ayrıca yazılarımız olacaq. İndi isə bu yazıda idman sahəsində PR-ın önəmidən bəhs edəcəyik.

İdmanda PR:

Qalib imic yaratmaq və saxlamaq İdman sahəsində (PR) idman komandalarının, idmançıların və təşkilatların ictimai imicini idarə etmək təcrübəsidir.

Buraya media ilə əlaqələr qurmaq, cəlbedici məzmun yaratmaq və ictimai davranışa təsir göstərmək daxildir. PR mütəxəssisləri müştərilərinin uğurunda mühüm rol oynayır, onlara müsbət təbliğat yaratmağa, azarkeşləri cəlb etməyə və güclü brendlər yaratmağa kömək edirlər.

PR mütəxəssislərinin yerinə yetirdiyi əsas vəzifələrdən bəziləri:

Media əlaqələrini inkişaf etdirmək və saxlamaq.

Buraya hekayələr təqdim etmək, müsahibələr vermək və media sorğularına cavab vermək daxildir.

Medianda mövzuların işıqlandırılmasının idarə edilməsi.

Buraya müsbət hekayələrin dərc olunmasının və mənfi hekayələrin müştərinin reputasiyasına dəyən zərəri minimuma endirəcək şəkildə idarə olunmasının təmin edilməsi daxildir.

Maraqlı məzmun yaradılması:

Buraya press-relizlərin, blog yazılarının, sosial media yazılarının və müştərinin hekayəsini təbliğ edən digər məzmunun yazılması daxildir.

Böhran kommunikasiyasının idarə edilməsi.

Komanda və ya dimançı ilə bağlı hər hansı böhranlı vəzoyyət yaranarsa, PR mütəxəssisi vəziyyəti həll etməli və müştərinin reputasiyasına dəyən zərəri minimuma endirmək üçün plan yaratmalıdır

Hazırda PR müasir idman sənayesi üçün çox vacibdir. Dünyada idmançılar və komandalar tərəfdarlar, sponsorlar və media ilə əlaqələr qurmaq, həmçinin müsbət reputasiyalarını saxlamaq üçün işlərinini PR mütəxəssislərinə etibar edirlər. Pr mütəxəsisləri isə komanda və idmançılara öz istəklərini çatmaq üçün yardımçı olurlar.

PR mütəxəssislərinin öz müştərilərinə məqsədlərinə çatmaqda necə kömək edə biləcəyinə dair bir neçə nümunə:

Mətbuatda müsbət imicin yaradılması.

PR mütəxəssisləri müştərilərinə nailiyyətləri, təşəbbüsləri və icma töhfələri haqqında hekayələr yazaraq mətbuatda müsbət imicin yaradılmasında kömək edə bilərlər.

Güclü brendin yaradılması..

PR mütəxəssisləri qısa və sarsılmaz bir mesaj formalaşdırmaqla, həmçinin müştərini hədəf auditoriyası ilə əlaqələrini gücləndirməklə güclü brend formalaşdıra bilirlər. Bu həm komanda və ya fərdi idmançı ilə də ola bilər. Burda əsas məsələ dəyərin yaradılmasıdır ki, bunu da peşəkar PR menecerləri edirlər.

Sponsorları cəlb etmək

Sponsorları cəlb etmək bacarığı komanda və idmançı uğurunun mühüm aspektidir. Sponsorlar təbii olaraq güclü brendi və müsbət imicinə malik olanlar cəlb edir.  Burada da əsas iş PR-ın üzərinə düşür. PR mütəxəssisləri təsirli sponsorluq strategiyalarının yaradılması və həyata keçirilməsi yolu ilə brendlər üçün sponsorları cəlb etmək də mühüm rol oynayır. Günümüzdə isə idman sahəsində sponsurun nə qədər vacib olması isə hər kəsə aydındır.

İdman sahəsində PR çoxşaxəli və tələbkar sahədir. İdman sferasında ictimai münasibətlərin təsiri danılmaz dərəcədə güclüdür və son dövrlərdə nəzərəçarpacaq dərəcədə artmaqdadır.c

Güclənən rəqabət qabiliyyəti və idmanın qloballaşması ilə idmançıların və idman komandalarının qarşısənda duran əsas məsələlərdən biri də, PR-ın effektiv idarə edilməsidir. İdman sahəsində çalışan PR menecerlər isə müxtəlif aspektlərdən və ya metodlardan istifadə edərək idman komandalarının və ya idmançıların  görünürlüklərini artıraraq şəxsi brendlərini qurur, oturuşmuş fanat bazasını formalaşdırır və dəyərini artırır. Bütün bunlar sonda idançılara və komandalara maliyyə olaraq geri dönür. Tətbiq olunan strategiyalar və digər məsələlər haqqında növbəti yazılarımızda danışacağıq.

Bütün bünları nəzərə alaraq dünyada idman sahəsinə olan şəxslər və koamndalar çalışırlar ki, PR sahəsində hər zaman aktiv olsunlar və oturuşmuş fanat bazalarını formalaşdırsınlar. İdmanın dinamik dəyişkənliyinin mənzərəsində rəqabət üstünlüyünü qorumaq üçün idmançılar və komandalar ictimai əlaqələrin gücündən strateji və innovativ şəkildə istifadə etməlidirlər.

İctimaiyyətlə əlaqələr idmançılara və idman təşkilatlarına necə fayda verə bilər?

Yuxarıda da qeyd etdiyimiz kimi ictimaiyyətlə əlaqələr media, azarkeşlər və digər mühüm şəxslərlə əlaqələr yaratmaqla idmançıya və ya komandaya ictimai reputasiyasını və imicini yüksəltməyə kömək edə edir.

İctimaiyyətlə əlaqənin həm idmançılar, həm də idman təşkilatları üçün faydaları çoxdur. Bütövlükdə nəzərə alındıqda, ictimai əlaqələr idmana əhəmiyyətli dərəcədə təsir göstərir.

İdmançılar və idman təşkilatları üçün ictimaiyyətlə əlaqələrin bəzi üstünlüklərinə aşağıdakılar daxildir:

İctimaiyyətlə əlaqələr üzrə mütəxəssislə işləmək idmançıların və idman təşkilatlarının mediada daha çox iştirakına gətirib çıxarır.

İdmançının və ya komandanın məlumatlılığını artırır, bu da dəstək və fantların artmasına səbəb olur.

PR strategiyasının düzgün qurulması ilə müsbət ictimai reputasiya idmançıların və idman təşkilatlarının genişlənməsinə gətirib çıxarır.

Məsələn, sponsorluq  müqavilələri çox vaxt idmançının və ya idmançının ümumi nüfuzundan asılıdır.

Yekun olaraq onu da qeyd edək ki, bu gün idman dünyası rəqabət əvvəlki illərdən daha çoxdur. Bu, ictimai münasibətlərin populyarlığının artması ilə əlaqədardır. Komandalar və idmançılar rəqabətdən fərqlənməyə çalışdıqca, ictimaiyyətlə əlaqələr onlara kütlədən fərqlənməyə kömək etmək üçün güclü vasitə kimi istifadə edilə bilər.

 

Asim Cəlilov

PR üzrə mütəxəssis







İdmanda PR