27 iyul 2024. Şənbə

AFFA-da 16 ildə nələr yaşandı?


AFFA-da 16 ildə nələr yaşandı?

AFFA İLK 16 İLDƏ

FUAD MUSAYEV VƏ RAMİZ MİRZƏYEVİN QURUMA RƏHBƏRLİK DÖNƏMİ

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ölkəmizdə futbola nəzarət edən qeyri-hökumət təşkilatıdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu qurumun yaranması zərurətə çevrildi. Nəticədə AFFA yaradıldı. Bu təşkilat Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, milli komandaların oyunları, ümumilikdə bütün futbolun dəstəklənməsi və inkişafı ilə məşğul olur. 1992-ci ilin aprelin 3-də təsis olunan qurumun ilk prezidenti Fuad Musayev seçildi. Görülən ilk iş Birinci Milli Çempionatı keçirmək oldu. Bununla yanaşı, ölkə kuboku da təşkil edildi. AFFA-nın əsas işi dünya futbol qurumlarına üzv seçilməklə bağlı idi. 1994-cü ilin mayında UEFA-nın Vyanada keçirilən 22-ci konqresində bu təşkilata, həmin ilin iyununda isə FİFA-nın Çikaqoda keçirilən 49-cu konqresində isə AFFA bu quruma üzv qəbul olundu.

1994-cü ildə klublarımız avrokuboklara buraxıldı. Milli komandamız isə Avropa Çempionatı 1996-nın seçmə mərhələsində çıxış etməyə başladı.1-ci Qarabağ müharibəsi ilə əlaqədar olaraq yığmamız ev oyunlarını məcburiyyətdən Türkiyənin Trabzon şəhərində keçirdi. 1996-cı ild bu qadağa aradan qalxdı.  Bu müddətdə futbolumuzun inkişaf etdiyini demək heç də asan deyil. Premyer Liqa klublarının 2002-ci ilin aprelində çempionatının dayandırması və AFFA ilə pikə çatan gərginliklə nəticələndi. FİFA və UEFA həmin vaxt 2 il komandalarımızı avrokuboklara buraxmadı. 2003-cü ildə çempionat bərpa edildi. İlin sonunda Fuad Musayev tutduğu vəzifədən ayrıldı.

2003-cü il dekabrın 29-da AFFA-nın növbəti VI hesabat-seçki konfransı keçirildi. Nizamnaməyə əsasən, AFFA-nın yeni prezidenti Ramiz Mirzəyev seçildi. 2001-2003-cü illərdə “Neftçi”nin rəhbəri olan Mirzəyev bu işdən ayrıldı. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti  vəzifəsində ölkədə futbolun inkişaf etdirilməsində səmərəli fəaliyyət göstərdi. Ölkə futboluna böyük pulların gəlməsi də o dönəmə düşdü. Üstəlik, 2005-2015-ci illərdə futbolun inkişafına aid dövlət proqramı qəbul edildi. Rəmiz Mirzəyevin gəlişindən sonra ilk dəfə olaraq milli komandamızın sükanı arxasına əcnəbi baş məşqçi - Braziliyalı Karlos Alberto Torres gətirildi. 2007-ci ildə isə Ramiz Mirzəyev Səhhətində yaranmış problemlə əlaqədar olaraq ağır sürən xəstəlikdən vəfat edib. 

2007-2008-ci illər ərzində vitse-prezident Elşad Nəsirov bu vəzifəni müvəqqəti icra etdi. 2008-ci ilin martında isə o, AFFA-nın prezidenti seçildi. 2004-2008-ci illərdə “Neftçi”yə rəhbərlik etmi Abdullayevin dönəmində futbolun yeni dönəmi başlandı. İnfrastukturun yenidən quruması, stadionların tikilməsi və bir çox məsələlər onun dönəminə düşdü. Bir çox nüfuzlu yarışlar ölkəmizə tapşırıldı. Rövnəq Abdullayev 2024-cü ilədək prezident vəzifəsini icra etdi.

İndi isə yeni dönəm başlayır. Ümid edirik ki, bu böyük uğurlara aparan bir yolun başlanğıcı olacaq.







Xəbər news