- Xəbər news
- 16:09 03.02.2025
AFFA-nın yeni prezienti müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, qurumun yeni rəhbəri bu gün keçirilən Hesabat-Seçki Konfransında bəlli olub.
Milli assosiasiyanın Konfransında 35 səshüquqlu nümayəndə arasında səsvermə keçirilib və bu vəzifəyə yeganə namizəd olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti və "Neftçi"nin Müşahidə Şurasının sədri Rövşən Nəcəf seçilib.
O, bu postda Rövnəq Abdullayevi əvəzləyib.