27 iyul 2024. Şənbə

Azərbaycanlı pəhləvan Dünya Rekordlar Kitabına düşüb


Azərbaycanlı pəhləvan Dünya Rekordlar Kitabına düşüb

Azərbaycanlı pəhləvan Vüsal Cavadov Dünya Rekordlar Kitabına düşüb.

90deqiqe.az xəbər verir ki, o, Gənclər və İdman Nazirliyinin binasının qarşısında baş tutan çıxışında bir sıra dünya rekordlarını yeniləyib. Pəhləvan ilk olaraq kəndirə bağlı vəziyyətdə mətbəx bıçağını ağzında dişi ilə tutaraq "Jeep" markalı avtomobili dartıb.

İkinci hərəkətlə çəki daşına bağlı vəziyyətdə mətbəx bıçağını ağız nahiyəsində dişlə yerdən qaldırıb.

Üçüncü hərəkətdə isə ayağı yalın şüşə qırıntıları üzərində dayanaraq hər iki əlində çəki daşları iplə bıçağa bağlı vəziyyətdə və bıçaqla əldə tutaraq qolları horizontal vəziyyətdə saxlayaraq, daşları havada saxlayıb.

Pəhləvanı idman ictimaiyyətinin nümayəndələri, nazirliyin rəsmiləri və media üzvləri izləyiblər.

Prosesi qeydə almaq üçün Azərbaycana gələn Dünya Rekordçuları və Dünya Rekordlar Federasiyasının nümayəndələri bunu təsdiqləyiblər.







Xəbər news