6 dekabr 2025. Şənbə

Afrika Millətlər Kubokunun qalibi - Əlcəzair


Afrika Millətlər Kubokunun qalibi - Əlcəzair

Afrika Millətlər Kubokunun qalibi bəlli olub.

Corner.az xəbər verir ki, Misirdə təşkil olunan Afrika Millətlər Kubokunun finalında Seneqal və Əlcəzair milliləri üz-üzə gəlib.

Görüşün taleyini cəmi bir qol həll edib. Əlcəzair millisinin matçın 2-ci dəqiqəsində vurduğu qol, bu komandanı qitə çempionu elan edib.

Bu, Əlcəzair milli komandasının tarixində ikinci belə uğurdu. Sözügedən milli komanda 1990-cı ildə də qitə çempionu olub.

Afrika Millətlər Kuboku, final

19 iyul

Seneqal 0-1 Əlcəzair
Qol
: Bunedjah, 2.







Xəbər news