23 noyabr 2024. Şənbə

“Vimsi FC Qarabağ” Estoniya üçüncüsü olub


“Vimsi FC Qarabağ” Estoniya üçüncüsü olub

Ölkə xaricində müxtəlif idman növləri sayəsində Azərbaycanı təmsil edən idman adamları və klublar var. Bunların arasında futzal klubları da mövcuddur.

90deqiqe.az xəbər verir ki, Estoniyada fəaliyyət göstərən “Vimsi FC Qarabağ” isə bu günlərdə ciddi uğura imza atıb.

Bu ilin yanvarınadək Estoniyada “Vimsi Smsraha” adı ilə fəaliyyət göstərən futzal klubu “Vimsi FC Qarabağ” adlandırılmağa başlayıb. Emin Münşiyevin sponsoru olduğu klubda Bəxtiyar Cəbrayılov vitse-prezidenti, Elnur Vəliyev idman direktoru kimi fəaliyyət göstərir. Bu günlərdə isə klub növbəti uğura imza atıb. Onlar “Tartu Ravens” klubu ilə görüşdə 3:0 hesablı qalibiyyət əldə edərək Estoniya çempionatının bürünc medallarına sahib çıxıblar. “Vimsi FC Qarabağ” artıq növbəti mövsümlər üçün planlarını da müəyyənləşdirib. Onlar Azərbaycandan, Braziliyadan və Ukraynadan oyunçular cəlb edərək çempionluğa oynamağı planlaşdırırlar. Paralel olaraq, Baltikyanı dövlətlər arasında keçirilən “Baltik liqada” çıxış etmək də hədəflər arasındadır.

Uşaq futbol və futzal məktəblərini açmaq niyətində olan “Vimsi FC Qarabağ” Mayın 11-i ümümmilli liderimiz Heydər Əliyevin ad gününə həsr olunmuş beynəlxalq turnir keçirtməyi planlaşdırır. Qeyd edək ki, klub buna qədər

Üç dəfə ölkə çempionu olub, və UEFA Çempionlar Liqasında çıxış edib. Həmçinin bir neçə dəfə kubok, superkubok, gümüş və bürünc mükafatlara sahib çıxıb.
 







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir