27 iyul 2024. Şənbə

"Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü" ilə əlaqədar yoldaşlıq matçı baş tutub - VİDEO


"Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü" ilə əlaqədar yoldaşlıq matçı baş tutub - VİDEO

4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü ilə əlaqədar yoldaşlıq matçı keçirilib.

90deqiqe.az xəbər verir ki, Futbolun İnkişaf Fondunun təşkilatçılığı ilə AFFA, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, BMT-nin Uşaq Fondu Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəlikləri arasında yoldaşlıq matçı keçirilib. Görüşdə tərəfdaş qurumların rəhbərləri, əməkdaşları və veteran futbolçular qüvvələrini sınayıblar.

Qeyd edək ki, uşaqların və böyüklərin məlumatlandırılması və bilik səviyyəsinin artırılması məqsədilə “Mina və Partlamamış Hərbi Sursatların Təhlükəsinə dair Məlumatlandırma” layihəsi çərçivəsində 2022-ci ildən bu günədək Tovuz, Goranboy və Tərtər rayonlarının 8 kəndində tərəfdaşlarla birgə 1300-dən çox uşaq və 400-ə yaxın böyüyə təlim keçirilib.







Xəbər news