9 may 2024. Cümə axşamı

YUXUNUN ÖNƏMİ

Milyonlarla insan üzərində aparılan epidemioloji tədqiqatların nəticəsi göstərir ki, nə qədər az yatarsan, ömrün bir o qədər qısalar. 


YUXUNUN ÖNƏMİ

Milyonlarla insan üzərində aparılan epidemioloji tədqiqatların nəticəsi göstərir ki, nə qədər az yatarsan, ömrün bir o qədər qısalar. 

Yəni gənc qalmaq və sağlam olmaq, piylənmə ilə savaşmaq istəyirsinizsə yaxşı gecə yuxusu mütləq şərtdir. 
Yuxu təbiət tərəfindən sizə bəxş edilən pulsuz sağlamlıq xidmətidir. Hətta yuxunun faydaları o qədər çoxdur ki o reseptlərin başına bütün dərmanlardan öncə yazılmalıdır həkimlər tərəfindən. (mən su haqqında da bunu düşünürəm) 

Yetərsiz yuxudan əziyyət çəkən beyində ve bədəndə bir çox problem olacaq. 

Amma söhbət təbii yuxudan gedir. Yuxu dərmanları yüksək dərəcəli xərçəng, infeksiya və ölüm riski ilə müşayiət olunur. 

Yuxusuz qaldıqda orqanizm və beyində nə baş verir?
Dünyada yaranan istənilən xəstəlik bilavasitə yuxusuzluqdan asılıdır. 

Buraya Alzheimer xəstəliyi, xərçəng, ürək-damar xəstəlikləri, piylənmə, diabet, depressiya, narahatçılıq və hətta, intihar da daxildir. 

Bədəninizin hər bir böyük fizioloji sistemi və beynin hər bir şəbəkəsi və ya fəaliyyəti yuxu zamanı bərpa olunur. Yuxusuz qalarkən şübhəsiz ki, bu baş vermir. 

50 illik elmi araşdırmalardan sonra, yuxu mütəxəssisləri axtarışlarının əsas sualını dəyişməli olublar: 'yuxunun xeyri nədir' sualından 'yuxunun bizi təmin etmədiyi bir şey varmı' sualına keçiblər.

Sağlam olmaq üçün insan nə qədər yatmalıdır?
Bunun cavabıı, yeddi və doqquz saat arasıdır! 

Yeddi saatdan az yuxu beyin və bədəndə obyektiv dəyər itkisinə səbəb olur: immun sistemmi və idraki fəaliyyət təsirə məruz qalır. 

20 saat fasiləsiz yuxusuzluqdan sonra, bədən süni sərxoşluq yaşayır. 

Yuxumuza qıyaraq biz, yuxugörmə zamanı baş verən REM yuxusundan məhrum qalərıq. 

REM yuxusu, yaradıcılığımız, zəkamız, beyin inkişafı, imun sistemi, öyrenmə qabiliyyəti üçün son dərəcə önəmlidir və əqli sağlamlığımız üçün əsas faktordur.

Və biz ən az 7 saat yatanda REM yuxusunun faydalarınıda almış oluruq lakin bu tez tez oyanaraq, kiçik kiçik yatmağa yox, axşam saat ən gec 11 də yatıb səhər saat 6,7 də yuxudan oyanmağa aitdir. Bacara bilənlər hətta 10 da yatsa məsləhətdir..

Həyatınızda yuxu düzəni qursanız, 10 gün içərisində həm psixaloji , həm fiziki rahatlamanı görəcəksiniz. 

Dietoloq -Epigenetik kouç Səma Cəbiyeva







Sağlam qida

Yemə Krizləri
  • 15:43 24.04.2024
Yemə Krizləri
YUXUNUN ÖNƏMİ
  • 12:02 06.04.2024
YUXUNUN ÖNƏMİ
Ramazanda qidalanma
  • 11:16 11.03.2024
Ramazanda qidalanma