Manchester United İnter'i məğlub etdi
Bu gün Çempionlar Kuboku beynəlxalq turnirində daha bir görüş keçirilib.Corner.az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Manchester United" və "İnter" klubları qarşılaşıb.Görüşün taleyini bir qol həll edib. Meyson Qrinvudun 76-cı dəqiqədə vurduğu qol "qırmızı şeytanlar"a qələbə qazandırıb.Qeyd edək ki, "Çempionlar Kubokun"da ümumilikdə 13 komanda iştirak edir. Turnirdə İngiltərədən "Mançester Yunayted"lə yanaşı, "Arsenal" və "Tottenhem", İspaniyadan "Real" və "Atletiko", İtaliyadan "Yuventus", "Milan", "İnter", "Roma" və "Fiorentina", Almaniyadan "Bavariya", Portuqaliyadan "Benfika" və Meksikadan "Çivas" komandaları mübarizə aparır.