6 dekabr 2025. Şənbə

Məmuru döyən futbolçuların həbsdən çıxacağı vaxt bilindi


Məmuru döyən futbolçuların həbsdən çıxacağı vaxt bilindi
Hazırda həbsdə olan futbolçular - "Zenit"in hücumçusu Aleksandr Kokorin və "Krasnodar"ın yarımmüdafiəçisi Pavel Mamayevin azadlığa çıxacağı tarix müəyyənləşyib.

Corner.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalist və aparıcı Olqa Skbeyeva "Telegram" kanalında məlumat verib. Onun sözlərinə görə, Mamayev bu il noyabrın 6-da, Kokorin isə dekabrın 7-də həbsdən çıxacaq.

Qeyd edək ki, bu şəxslər ötən il oktyabrın 11-də həbs ediliblər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunurlar.





Xəbər news