6 dekabr 2025. Şənbə

Nazarov üçün bir hissə


Nazarov üçün bir hissə

Millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu Almaniya ikinci Bundesliqa təmsilçisi  "Erzgebirge" növbəti yoxlama oyununa çıxıb.

Corner.az-ın məlumatına görə, komanda Almaniya Bundesliqa klubu "Union Berlin"lə qarşılaşılb. Matç 1:1 hesabı ilə başa çatıb.

Görüşə ehtiyat oyunçular skamyasında başlayan D.Nazarov 46-cı dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, Nazarov bundan əvvəl yüksək liqa təmsilçisi "Herta" ilə yoxlama görüşündə (4:1) komandasının ikinci qolunu vurub.







Xəbər news