19 may 2024. Bazar günü

Azərbaycan Ağırlıqqaldırma Federasiyası MOK-un xüsusi mükafatlarına layiq görülüb - FOTOLAR


Azərbaycan Ağırlıqqaldırma Federasiyası MOK-un xüsusi mükafatlarına layiq görülüb - FOTOLAR

Azərbaycan Ağırlıqqaldırma Federasiyası Milli Olimpiya Komitəsinin xüsusi mükafatlarına layiq görülüb

90deqiqe.az federasiyadan verilən məlumata görə xəbər verir ki, aprel ayının 8-də Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi II İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının qaliblərinin rəsmi mükafatlandırma mərasimi keçirilib. Beynəlxalq Muğam Mərkəzində baş tutan tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, festivalın münsiflər heyətinin sədri Zemfira Meftahətdinova və digər qonaqlar, Olimpiya çempionları, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Rəsmi çıxışlar və bədii hissədən sonra festivalın qaliblərin mükafatlandırma mərasimi keçirilib. Tədbir zamanı Milli Olimpiya Komitəsinın xüsusi mükafatlarına layiq görülən videoçarxlar da elan edilib. Belə ki, “Gələcəyin qalibləri” nominasiyasında “Lənkəranda ağır atletika dərsləri” və “Zərif qəhrəman” nominasiyasında "Təkan ver - Elnarə Abbasova" tanıtım çarxları xüsusi mükafata layiq görülüb.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının Prezidenti Kamran Nəbizadə səhnəyə dəvət edilib və təltif olunub. Mükafatı ona MOK-un baş katibi Azər Əliyev təqdim edib.







Xəbər news

Xoşbəxtlik hormonu
  • Xəbər news
  • 13:28 18.05.2024
Xoşbəxtlik hormonu
Su həyatdır
  • Xəbər news
  • 10:28 15.05.2024
Su həyatdır