22 oktyabr 2024. Çərşənbə axşamı

QDF “Qarabağın Rəngləri” adlı layihəni təqdim edir


QDF “Qarabağın Rəngləri” adlı layihəni təqdim edir

Qarabağ Dirçəliş Fondu (QDF) ölkə ictimaiyyətinin işğaldan azad edilmiş ərazilərin bərpası kimi mühüm bir missiya ətrafında birləşərək bərpa və quruculuq işlərinə töhfə verə bilməsi və ən əsası bu torpağın gözəlliyinin və Azərbaycan xalqının mədəni irsinin təbliğ olunması məqsədilə “Qarabağın Rəngləri” (https://colorsofkarabakh.com/) adlı yeni layihəsini təqdim edir.

Layihə çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi olan 23 nəfər istedadlı gənc rəssam və heykəltaraş tərəfindən Qarabağın ruhunu özündə birləşdirən sənət əsərləri - 19 rəsm və 4 heykəl yaradılıb.

Qeyd edək ki, Qarabağa olan hədsiz sevgidən ilhamlanaraq hazırlanan və Qarabağın sarsılmaz ruhunun ifadəsi olan sənət əsərlərinin bir hissəsi artıq satışa çıxarılıb. Qalan hissəsinin isə yaxın gələcəkdə xüsusi qala gecəsi çərçivəsində təşkil olunacaq xeyriyyə hərracı vasitəsilə satışa çıxarılması nəzərdə tutulub. Daha sonra işlər Bakının ən məşhur qalereyalarından birində xüsusi təşkil ediləcək sərgidə geniş ictimaiyyət üçün nümayiş olunacaq.

Əsərlərin satışından toplanan bütün vəsait Ağdam rayonunun ərazisində yerləşən və hazırda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə bərpa olunan Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.

Qeyd edək ki, əsərləri əldə etmək üçün birbaşa Qarabağ Dirçəliş Fonduna ianə etmək kifayətdir.

Layihə və işlər haqqında ətraflı məlumatla, eləcə də əsərlərin satış qiyməti ilə layihənin rəsmi internet-səhifəsi, xüsusi kataloqu və qiymət cədvəlindən tanış olmaq mümkündür.

Rəsmi internet-səhifə: https://colorsofkarabakh.com/

Kataloqa keçid: https://colorsofkarabakh.com/assets/files/QR-Kataloq.pdf

Qiymət cədvəli: https://colorsofkarabakh.com/.../files/QR-QiymetCedveli.pdf

Layihə ilə bağlı ətraflı məlumatla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: https://qdf.gov.az/media-merkezi/xeberler/694-QDF-Qarabagin-Rengleri-adli-layiheni-teqdim-edir.html  







Xəbər news