- Xəbər news
- 22:11 05.12.2025
Feyenoord klubunun futbolçusu Orkun Kökçü milli komanda ilə bağlı seçimini edib.
Corner.az "ntvspor"a istinadən xəbər verir ki, Türkiyə və Hollandiya Futbol Federasiyalarından təklif alan 18 yaşlı futbolçu "ay-ulduzlular"ı seçib.
Qeyd edək ki, Orkun Hollandiyanın U-19 millisində 7 oyun keçirib. Ötən mövsüm "Feyenoord"da 12 matçda meydana çıxan yarımmmüdafiəçi 4 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Əlavə edək ki, Orkunun böyük qardaşı Ozan Can Kökcü 21 yaşadək futbolçulardan ibarət millimizin üzvüdür.